Bank Of Baku

«Bank of Baku» «Nümunəvi Müştəri» kampaniyasının növbəti tirajını keçirib

«Bank of Baku» «Nümunəvi Müştəri» kampaniyasının növbəti tirajını keçirib
# 13 may 2011 09:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC «Nümunəvi Müştəri» adlı həvəsləndirici kampaniyanın 9-cu uduş tirajını keçirib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, tiraj komissiyası və bankın nümayəndələrinin iştirakı ilə keçirilən uduşda «Bank of Baku»da uduş gününədək aktiv istehlak krediti olan müsbət kredit tarixçəsinə malik 72 855 müştərinin xüsusi identifikasiya kodu iştirak edib. Tirajın qalibi - Afiq Mikayılov «Bank of Baku»dan 1000 manat pul mükafatı qazanıb.

Qeyd edək ki, əsas qalib A.Mikayılovla yanaşı bank 200 manat qazanan digər 5 qalibin adını da açıqlayıb.

Xatırladaq ki, «Nümunəvi Müştəri» kampaniyasına 2910-cu il avqustun 5-dən başlanılıb və bu ilin avqustun 5-dək davam edəcək. Kampaniyanın uduşları hər ayın ilk həftəsinin son iş gününə təsadüf edəcək.

«Nümunəvi Müştəri» kampaniyası müştərilərin kredit üzrə borclarını vaxtında ödəmək motivasiyasını artırmağa yönəlmiş həvəsləndirici aksiyadır. Uduş fondunun ümumi məbləği 24 min manat təşkil edir. Kampaniya başlanandan bankın artıq 9 nümunəvi müştərisinin hər biri 1000 manat, 45 müştərinin hərəsi isə «Bank of Baku»dan 200 manat məbləğində pul mükafatı qazanıb.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin aprel ayının 1-nə bankın ölkə üzrə 16 filialı, 25 bankomatı, 181 POS-terminalı və 500 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR