Bank Of Baku

«YapıKredi Bank Azərbaycan»ın depozit portfeli azalıb

«YapıKredi Bank Azərbaycan»ın depozit portfeli azalıb
# 13 may 2011 10:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «YapıKredi Bank Azərbaycan»ın depozit portfelinin həcmi 2011-ci ilin aprelin ayının 1-nə 49,388 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8,7% azdlr.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın müddətli depozitləri 48,8% azalaraq 4,833 mln. manata, tələb olunanadək depozitləri 11,4% artaraq 44,555 mln. manata, əhalidən cəlb edilən əmanətlərin həcmi 16,8% artaraq 13,024 mln. manata çatıb.

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (99,8%), «YapıKredi Finansal Kiralama» (0,1%) və «YapıKredi Yatırım Menkul Degerler A.Ş» (0,1%) olan «YapıKredi Bank Azərbaycan» 2000-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 6 filialı, 17 bankomatı və 80 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR