Bank Of Baku

Bu ilin I rübündə Fransa və Almaniyada kəskin iqtisadi artım qeydə alınıb

Bu ilin I rübündə Fransa və Almaniyada kəskin iqtisadi artım qeydə alınıb
# 13 may 2011 10:07 (UTC +04:00)
Bakı - APA-Economics. Cari ilin I rübündə Fransa və Almaniyada kəskin iqtisadi artım qeydə alınıb. “APA-Economics”in xəbərinə görə, artım səviyyəsi hətta analitiklərin proqnozlarını da üstələyib.

Yanvar-mart aylarında Fransada ÜDM 1% artıb ki, bu da 2006-cı ilin yazından bəri ən yüksək artım göstəricisidir. Burada əsas artım sənaye istehsalının payına düşüb - 3,7%. Bu isə son 30 ildə rekord göstərici sayılır. Xidmət sferasında 1,1%, ixracın həcmi 1,4%, idxalın həcmi isə 2,7% artıb.

Hesabat dövründə Almaniyada ÜDM 1,5% artıb. Ötən ilin son rübündə bu göstərici 0,4% olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR