Bank Of Baku

«Xalq Sığorta» nizamnamə kapitalını artırır

«Xalq Sığorta» nizamnamə kapitalını artırır
# 13 may 2011 10:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Xalq Sığorta» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 3,16 manat, sayı 7,390 mln. ədəd, emissiyanın ümumi həcmi isə 23 352 400 manat təşkil edir. Emissiya «Xalq Sığorta»nın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 2,85 manat olan 7,390 mln. ədəd və 21 061 500 manatlıq) səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, sığorta şirkətinin nizamnamə kapitalı 10,9% artaraq 23 352 400 manata çatacaq.

Xatırladaq ki, «Xalq Sığorta» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 21 061 500 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR