Bank Of Baku

AYİB Azərbaycanın sürətlə inkişaf edən infrastrukturuna dəstək imkanlarını öyrənir

AYİB Azərbaycanın sürətlə inkişaf edən infrastrukturuna dəstək imkanlarını öyrənir
# 13 may 2011 11:12 (UTC +04:00)
Bu barədə “APA-Economics”ə AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Frensis Delay bildirib.

“Nəqliyyat sektorunda yolların bərpası, dəmir yolu nəqliyyatına kapital qoyuluşları proqramının reallaşdırılması, həmçinin gəmilər üçün yanalma körpülərinin tikintisi ilə bağlı bizim ilkin müzakirələrimiz olub. İndiki mərhələdə konkret məbləğ və müddətləri açıqlamaq düzgün olmazdı, çünki biz hələlik hökumətdən rəsmi sorğu almamışıq. Lakin AYİB ən qısa müddətdə Dünya Bankının və Asiya İnkişaf Bankının ayırdığı vəsait həcmi ilə müqayisə oluna biləcək maliyyə vəsaiti cəlb etmək imkanındadır” - deyə F.Delay qeyd edib.

Bank rəsmisi qeyd edib ki, AYİB sərmayə qoyarkən layihələrə əsaslanır. Hansısa müddət və ya konkret ölkə üçün investisiyanın minimal və ya maksimal məbləği də yoxdur: “Cari balansımızdan çıxış edərək 2011-ci ildə 12-15 layihəyə 100 mln. dollara yaxın investisiya qoymaq niyyətindəyik. Hazırda aqrar sənaye sahəsində bir neçə layihəni, o cümlədən topdansatış ərzaq və alkoqolsuz içkilər istehsalçılarının mövcud istehsal gücünün artırılmasının uzunmüddətli maliyyələşdirilməsini nəzərdən keçiririk. Həmçinin istehsal və xidmət sektorlarına investisiya imkanlarını öyrənirik. Biz istehlak mallarının, pərakəndə satış və tibbi xidmətlərin aparıcı istehsalçılarından biri, eləcə də BP-ni kimyəvi qatışıqlarla təmin edən şirkətlə danışıqlar aparırıq. Digər layihələr isə əsasən kiçik və orta sahibkarlığı maliyyələşdirməkdən ötrü yerli banklara və mikrokredit təşkilatlarına kredit verməkdən ibarətdir”.

Qeyd edək ki, AYİB 1991-ci ildən Azərbaycanla əməkdaşlıq edir. Bu müddət ərzində bank regional layihələr də daxil olmaqla 1,6 mlrd. dollar dəyərində olan 118 layihəni maliyyələşdirib. AYİB-in Azərbaycandakı cari portfeli 900 mln. dollardır. Bunun 46%-i energetika, 23%-i korporativ, 18%-i maliyyə, 13%-i isə infrastruktur sahələrinə yönəldilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR