Bank Of Baku

«Finance Leasing» növbəti istiqraz emissiyasına hazırlaşır

«Finance Leasing» növbəti istiqraz emissiyasına hazırlaşır
# 13 may 2011 12:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Finance Leasing» ASC-nin faizli adlı sənədsiz istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 500 manat, sayı 390 ədəd, emissiyanın ümumi həcmi isə 195 min manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası (BFB) vasitəsilə yerləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, «Finance Leasing» ASC 2007-ci ilin mart ayında yerli 16 fiziki şəxs tərəfindən təsis olunub. Lizinq əməliyyatlarının maliyyələşdirilməsi ilə yanaşı şirkət yerli avadanlıq istehsalçıları və maliyyə qurumları ilə (bank və sığorta təşkilatları) sıx əməkdaşlıq edir. Lizinq sahəsində isə şirkət əsas diqqəti fiziki şəxslərin, kiçik və orta sahibkarlıq subyektlərinin layihələrinin maliyyələşdirilməsinə yetirir. Hazırda şirkətin nizamnamə kapitalı 1,2 mln. manat təşkil edir.

Xatırladaq ki, bu, şirkətin ilk istiqrazlar buraxılışı deyil. Belə ki, 2011-ci ilin mart ayında «Finance Leasing»in 600 min manat, fevralda 400 min manat həcmində istiqrazlarının emissiya prospekti qeydiyyata alınıb. Bundan əvvəl, 2010-cu ilin dekabrında eyni miqdarda daha bir emissiya qeydiyyata alınıb. Bundan başqa, 2009-cu ilin oktyabrında ümumi həcmi 600 min manat təşkil edən istiqraz emissiyası qeydiyyata alınıb. Bundan əvvəl isə hər ikisinin həcmi 600 min manat olan daha iki istiqraz emissiyası dövriyyəyə buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR