Bank Of Baku

«Azər-Türk Bank» nizamnamə kapitalını artırır

«Azər-Türk Bank» nizamnamə kapitalını artırır
# 13 may 2011 12:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Mayın 19-dan etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmış «Azər-Türk Bank» QSC-nin yeni səhm emissiyasının yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 manat, sayı 633 560 ədəd, emissiyanın ümumi həcmi isə 633 560 manat təşkil edir. Qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Caspial Financial» şirkəti çıxış edəcək. Emissiyanın yerləşdirilməsi başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 5,8% artaraq 11 624 560 manata çatacaq.

Xatırladaq ki, «Azər-Türk Bank» 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turanbank» ASC (4%) çıxış edir. Cari ilin aprelin 1-nə bankın aktivlərinin həcmi 50,663 mln. manat, kredit portfeli 33,104 mln. manat, depozit portfeli 31,297 mln. manat, məcmu kapitalı 11,189 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,991 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR