Bank Of Baku

Yanvar-aprel aylarında Azərbaycanda iqtisadi artım 0,8% olub

Yanvar-aprel aylarında Azərbaycanda iqtisadi artım 0,8% olub
# 13 may 2011 12:47 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ÜDM-in 64,7%-i məhsul istehsalı, 29%-i xidmət sahələrində yaradılıb, 6,3%-i isə məhsula və idxala xalis vergilər təşkil edib.

Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məhsul istehsalı qeyri-neft sektorunda 6,2% artıb, neft-qaz sektorunda isə 4% azalıb: «Əgər neft-qaz sektorunda məhsul istehsalı 100% səviyyəsində olsa idi,ÜDM istehsalı 3% artmış olardı».

Eyni zamanda, hesabat dövründə orta hesabla ölkənin hər bir sakininə düşən ÜDM-in həcmi 1 522, 5 manata və ya 1 916,3 ABŞ dollara çatıb. Bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 4,3% çoxdur.

Qeyd edək ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2011-ci ildə ölkə iqtisadiyyatının 3,8% artacağı gözlənilir. Beynəlxalq Valyuta Fondu Azərbaycanda 2011-ci ildə ÜDM-in artım tempinin 2,8%, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı isə 3,5% səviyyəsində olacağını proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR