Bank Of Baku

Azərbaycanda illik inflyasiya 9%-ə düşüb

Azərbaycanda illik inflyasiya 9%-ə düşüb
# 13 may 2011 12:57 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin müvafiq dövrünə nisbətən 2011-ci ilin yanvar-aprel aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 9%, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,1%, qeyri-ərzaq mallarının qiymətləri 2,8%, xidmət tarifləri isə 3,7% bahalaşıb.

Xatırladaq ki, cari ilin I rübü ərzində ölkədə illik inflyasiya 9,1% təşkil edib.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu 2011-ci il üçün Azərbaycanda inflyasiyanın 10,3%, Asiya İnkişaf Bankı isə 4% olacağını proqnozlaşdırır. Azərbaycan hökumətinin proqnozlarına görə isə, bu il inflyasiyanın 5% olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR