Bank Of Baku

«AtaSığorta» şirkəti Direktorlar Şurasının iclası keçiriləcək

«AtaSığorta» şirkəti Direktorlar Şurasının iclası keçiriləcək
# 13 may 2011 13:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İyunun 28-də «AtaSığorta» ASC-nin Direktorlar Şurasının növbəti iclası keçiriləcək.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, iclasda səhmdarlar tərəfindən cəmiyyətin 2010-cu ildəki fəaliyyətinin yekunları, o cümlədən müstəqil auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatının təsdiq olunması, həmçinin xalis mənfəətin bölüşdürülməsi məsələləri müzakirə ediləcək.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər qrupu olan «AtaSığorta» ASC 2004-cü ilin sentyabr ayından fəaliyyət göstərir. Şirkət sığortanın 23 könüllü və 5 icbari növləri üzrə məhsullar təqdim edir. Cari ilin aprelin 1-nə şirkətin nizamnamə kapitalı 4,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR