Bank Of Baku

Azərbaycan sığorta bazarı yanvar-aprel aylarında 24% artıb

Azərbaycan sığorta bazarı yanvar-aprel aylarında 24% artıb
# 13 may 2011 13:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanmış sığorta haqlarının həcmi 66,342 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 24% çoxdur.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 22% artaraq 17,673 mln. manata çatıb.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 2,3 dəfə artaraq 1,146 mln. manat, qeyri-həyat sığortası üzrə sığorta haqları 7,4% artaraq 46,437 mln. manat, icbari sığorta növləri üzrə isə 87,8% artaraq 18,759 mln. manat olub.

Ödənişlərə gəldikdə isə həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi 46% azalaraq 46,916 min manata, qeyri-həyat sığortası üzrə ayrılan vəsaitlər 24% artaraq 14,710 mln. manat, icbari sığorta növləri üzrə isə 14,1% artaraq 2,916 mln. manata çatıb.

Bundan başqa, daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (13,708 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (11,537 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (6,164 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu daxilolmalarda payı müvafiq olaraq 21%, 17,4% və 9,3% təşkil edib.

Ödənişlərdə isə ən çox vəsait «Tibbi sığorta» (5,577 mln. manat və ya 32%), «Avtonəqliyyat vasitələrinin sığortası» (4,423 mln. manat və ya 25%) və «Hava nəqliyyatı vasitələrinin sığortası» (2,772 mln. manat və ya 16%) növləri üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR