Bank Of Baku

«AXA MBASK» şirkətinin daxilolmaları son bir ildə iki dəfə artırıb

«AXA MBASK» şirkətinin daxilolmaları son bir ildə iki dəfə artırıb
# 13 may 2011 13:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AXA MBASK» sığorta şirkəti 2011-ci ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 2,636 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə iki dəfə çoxdur.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu ilin I rübündə şirkətin sığorta riskləri üzrə ödənişləri 634,928 min manat təşkil edib.

Ödənişlərdə ən çox vəsait «Avtomobillərin sığortası» (374,069 min manat), «Tibbi sığorta» (226,769 min manat), «Xaricə gedənlərin sığortası» (19,332 min manat) və «Əmlakın yanğından sığortası» (14,448 manat) növləri üzrə ödənilib.

Müqavilələr üzrə ödənişlərin verilməsinin orta davamiyyət müddəti sığorta hadisəsi haqqında ərizənin verilməsi anından başlayaraq iki həftə olub.

Xatırladaq ki, «AXA MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasında «AXA Group»un törəmə müəssisəsi olan «AXA Seguros Generales» (51%) və bir yerli fiziki şəxs (49%) çıxış edir. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR