Vergi Apellyasiya Şurası daha iki vergi ödəyicisinin xeyrinə qərar çıxarıb
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, işlərin biri “SV Alqı-Satqı” MMC-nin kameral vergi yoxlamalarının nəticələrinin ləğv edilməsi barədə olub.
Apellyasiya Şurasında aparılan araşdırma göstərib ki, şirkətin ƏDV məbləği 410 082,29 manat göstərilməli olduğu halda, 405 055,83 manat göstərilib, bu səbəbdən 2009-cu il üzrə gəlir məbləği 2 278 234,94 manatadək artırılaraq 501 211,69 manat əlavə mənfəət vergisi hesablanıb, ümumilikdə 911 293,98 manat əlavə hesablama aparılıb.
İş üzrə materiallar araşdırılarkən ƏDV üzrə dövriyyənin səhvən 5 026,46 manat əvəzinə 410 082,29 manat göstərildiyi müəyyən olunub. Araşdırmanın nəticəsi olaraq Vergi Apellyasiya Şurası “SV Alqı-Satqı” MMC-də aparılmış yoxlamaların nəticələrinin ləğv olunması və orada növbədənkənar səyyar vergi yoxlamasının təyin olunması barədə qərar çıxarıb. Yoxlamanın nəticələri Vergi Apellyasiya Şurasında yenidən müzakirə olunacaq.
2 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan Famil Mirzəyevin səyyar vergi yoxlamasının nəticələrinin ləğv olunması barədə şikayəti araşdırılanda isə müəyyən edilib ki, ödəyicidə səyyar vergi yoxlaması nəticəsində 61 948,2 manat vergi hesablanıb, 21 769,35 manat maliyyə sanksiyası tətbiq edilib.
Araşdırma zamanı məlum olub ki, sahibkar tərəfindən “Lotto Yayım” şirkəti ilə agent müqaviləsi əsasında göstərilmiş xidmətə görə əldə edilən gəlirlər bəyan edilib, vergilər vaxtında hesablanaraq dövlət büdcəsinə ödənilib, səyyar vergi yoxlaması aktı tərtib edilərkən əlavə hesablanmış vergi məbləği isə düzgün olmayaraq fiziki şəxsin bütün dövriyyəsindən hesablanıb.
Qeyd olunanları nəzərə alaraq Apellyasiya Şurası 2 saylı ƏVİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarını ləğv edib. Eyni zamanda vəzifələrini keyfiyyətlə, vergi qanunvericiliyinə və verilmiş təlimatlara uyğun şəkildə yerinə yetirməmiş, nöqsanlara yol vermiş vergi orqanının müvafiq vəzifəli şəxsinin (şəxslərinin) intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması haqqında qərar qəbul edib.
Apellyasiya Şurasının iclasında baxılan 3-cü məsələ vergi ödəyicisi kimi 10 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan “Qəbələ-Şərab” ASC-nin hesablanmış vergi və faizlərin silinməsi barədə təkrar müraciətinə aid olub.
Məlum olub ki, vaxtilə ASC-nin iddia ərizəsi əsasında bu işə Ali Məhkəmə tərəfindən də baxılıb və Ali Məhkəmənin qərarı ilə 1 111,98 manat məbləğində borcun vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması hissəsi rədd edilib, amma 7 688,02 manat və ona hesablanmalı olan 98,66 manat faiz borcu hissəsi təmin edilib. ASC vergi borclarının silinməsi və bank hesablarına qoyulan sərəncamların götürülməsi üçün Vergilər Nazirliyinə müraciət etdikdə isə ona bildirilib ki, Ali Məhkəmənin qərarında yalnız 1 111,98 manatının əmlakın hərracda satılması yolu ilə alınması hissəsi rədd edilib, 7 688,02 manat məbləğində borc isə silinməyib.
Qeyd olunanları nəzərə alaraq Vergi Apellyasiya Şurası “Qəbələ-Şərab” ASC-nin ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edib.
Maliyyə
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
IsDB-nin İllik Toplantıları çərçivəsində bir sıra maliyyə və investisiya sazişləri imzalanıb - FOTO
Ziraat Bank Azərbaycan-da yeni təyinat olub
Baş nazir: Azərbaycan dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsini inkişaf etdirir
Xəbər Lenti
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
“Biz və bizim dağlar” abidəsinə istinad etmək sülh prosesinə xələl gətirir - MÖVQE
ICIEC: Ötən il Türkiyə və Gürcüstanda üç dəmir yolu layihəsinə sığorta təminatı vermişik
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
IsDB-nin İllik Toplantıları çərçivəsində bir sıra maliyyə və investisiya sazişləri imzalanıb - FOTO
Maştağada 62 yaşlı kişini cərəyan vuraraq öldürüb
ICIEC 51 ölkədə 159 milyard dollarlıq ticarət və investisiya əməliyyatlarını sığortalayıb
Mikayıl Cabbarov: 2021–2025-ci illərdə ölkədə qeyri-neft və qaz sektorunun orta illik artımı 6% təşkil edib
Azərbaycanda siqaret qaçaqmalçılığında ittiham edilən dəstənin məhkəməsi başlayır
Beksultan Adilxanov: Bakı və Şımkent arasında birgə turizm marşrutları hazırlanır
Ziraat Bank Azərbaycan-da yeni təyinat olub
Şahbuzda hərbi sursat aşkar edilib - FOTO - VİDEO
Mikayıl Cabbarov: Özəl sektor forumunda 4,7 mlrd. dollarlıq sazişlər imzalanacaq
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
DÇ-2026: Avstriya İordaniyanı məğlub edib
Baş nazir: Azərbaycan dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsini inkişaf etdirir
Britaniyanın investisiya naziri: Azərbaycanla ticarət əlaqələrimiz daha da inkişaf edir
Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır
APA TV-də XƏBƏRAPARAN - CANLI
DYP piyadalara müraciət edib - VİDEO
Sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanacaq
Ağdərədə yol qəzasında 3 nəfər xəsarət alıb
MSK nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək
IsDBI: Hazırda qlobal islam maliyyəsi sənayesinin həcmi 4 trilyon dollar səviyyəsində qiymətləndirilir
MN: Pirkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
AMB: Azərbaycan ilk sukuk emissiyasına hazırlaşır
Bərdədə 10 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb - VİDEO
Nyu-York birjasında təbii qaz bahalaşıb
AMB sədri: İslam maliyyəsi inklüziv iqtisadi inkişafın mühüm alətidir
Azərbaycan neftinin qiyməti 83 dollara yaxın olub
“Brent” və "WTI" markalı neft ucuzlaşıb
Şükürbəyliyə növbəti köç karvanı yola salınıb - FOTO
FHN: Ötən sutka Bakıda 4 əməliyyat olub, 1 nəfər xilas edilib
Bu günün valyuta məzənnələri
G7 liderləri Rusiyanın neft və qaz sektoruna sanksiya təzyiqini artırmaq niyyətindədirlər
Dünən Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
G7 liderləri Ukraynaya HHM sistemlərinin tədarükünü artırmaq barədə razılığa gəliblər
DÇ-2026: Messinin het-triki Argentinaya qələbə qazandırdı
Vens: İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər
Heqset NATO-dan olan həmkarları ilə ittifaqa töhfələrinin artırılmasını müzakirə edəcək
DÇ-26: İraq – Norveç 1:4
Vens: ABŞ-İran sazişi İsrail, Livan və Fars körfəzini əhatə edəcək
Papa XIV Leo İran memorandumunun münaqişəyə son qoyacağına ümid etdiyini deyib
İsveçrə Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
DÇ-2026: Fransa 3 xalı 3 qolla qazanıb
Senat Trampın İrana qarşı müharibə səlahiyyətləri ilə bağlı qətnaməni bloklayıb
Merz: Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün ilk real şans yaranıb