Bank Of Baku

ABŞ-da əsas maliyyə tənzimləyici orqanın müstəqilliyi şübhə altına düşüb

ABŞ-da əsas maliyyə tənzimləyici orqanın müstəqilliyi şübhə altına düşüb
# 14 may 2011 10:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. ABŞ-ın rəsmi orqanlarında ölkənin Qiymətli kağızlar və birjalar üzrə Komissiyanın (SEC) müstəqilliyinə şübhə yaranıb.

APA-Economics”in məlumatına görə, buna əsas səbəb kimi son 5 il ərzində SEC-in 219 əməkdaşının iri özəl şirkətlərə, o cümlədən yoxlanılmış şirkətlərə işə keçməsi olub.

Bundan başqa, məlum olub ki, SEC-dən özəl şirkətlərə keçmiş əməkdaşlar 800-ə qədər hallarda yeni şirkətlərini SEC-lə münasibətlərdə təmsil ediblər. Əlavə olaraq əks-istiqamətə, yəni özəl şirkətdən SEC-ə işə keçməsi faktları da məlumdur ki, bunlar da tənzimləyici orqanın işinin müstəqil aparılmasına mane olan amil kimi qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR