Bank Of Baku

“Rabitəbank” son bir ildə kredit portfelini 11% genişləndirib

“Rabitəbank” son bir ildə kredit portfelini 11% genişləndirib
# 16 may 2011 08:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC-nin kredit portfelinin həcmi 2011-ci ilin aprel ayının 1-nə 85,652 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 11% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın 12 aya qədər müddətinə verdiyi kreditlərin həcmi 24,797 mln. manat, 12 aydan artıq müddətinə verilən kreditlər 60,856 mln. manat təşkil edib. Bankın istehlak kreditlərinin həcmi son bir ildə 25,2% artaraq 24,240 mln. manata çatıb.

Aprelin 1-nə bankın Azərbaycan İpoteka Fondunun xətti ilə verdiyi kreditlərin həcmi 558,882 min manat, daxili ipoteka proqramı çərçivəsində verdiyi kreditlər 7,709 mln. manata bərabərdir. Bankın problemli kreditlərinin həcmi isə 6,067 mln. manat təşkil edib.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın 20 filialı, 28 bankomatı və 153 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR