Bank Of Baku

BVF-nin İcra Şurasının toplantısı Dominik Stross-Kanın həbs olunması ilə əlaqədar təxirə salınıb

BVF-nin İcra Şurasının toplantısı Dominik Stross-Kanın həbs olunması ilə əlaqədar təxirə salınıb
# 16 may 2011 08:57 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) İcra Şurasının toplantısı fondun rəhbəri Dominik Stross-Kanın Nyu-Yorkda həbs olunması ilə əlaqədar təxirə salınıb.

APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu barədə BVF-nin rəsmisi Uilyam Murrey açıqlama verib.

Onun sözlərinə görə, Dominik Stross-Kanın həbs olunmasından sonra onun səlahiyyətlərinin icrası birinci müavini Con Lipsiyə həvalə olunub.

Qeyd edək ki, 62 yaşlı Dominik Stross-Kan mayın 14-də Nyu-Yorkun Kennedi hava limanında həbs olunub. O, qaldığı “Sofitel” hotelində 32 yaşlı xidmətçi qadını zorlamaq cəhdində ittiham olunur. Qadın qaçaraq canını qurtara bilib və olay barədə hotel əməkdaşlarına məlumat verib. BVF rəhbəri isə hoteli tələsik tərk etməli olub. Bu səbəbdən mobil telefonunu və digər şəxsi əşyalarını öz nömrəsində unudub. Parisə uçmağa hazırlaşarkən isə hava limanında həbs olunub.

Dominik Stross-Kan 2012-ci ildə Fransada keçiriləcək prezident seçkilərində ən şanslı namizədlərdən sayılırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR