Bank Of Baku

“Standard Insurance” şirkəti səyahət sığortası üzrə yeni kampaniyaya başlayıb

“Standard Insurance” şirkəti səyahət sığortası üzrə yeni kampaniyaya başlayıb
# 16 may 2011 09:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın “Standard Insurance” sığorta şirkəti «Ailə» adlı yeni yay səyahət sığortası kampaniyasına başlayıb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu ilin may ayının 1-dən noyabr ayının 1-dək davam edəcək kampaniyanın şərtlərinə əsasən, bütün ailə üzvləri üçün səyahət sığortasını sifariş verən şəxslərin yetkinlik yaşına çatmamış uşaqlarına sığorta şəhadətnamələri pulsuz təqdim olunacaq. Qeyd olunan pulsuz şəhadətnamələr 1 ay müddətində qüvvədə olacaq.

Şirkət uşaqlar üçün pulsuz sığorta şəhadətnamələri ilə yanaşı, öz müştərilərinə dünyanın istənilən nöqtəsində etibarlı sığorta dəstəyini təmin edəcək. «Ailə» aksiyasının iştirakçılarına gələcək səfərlərində onlar üçün faydalı olacaq hədiyyələr də təqdim olunacaq.

Xatırladaq ki, təsisçisi «AB Standard» Şirkətlər Qrupu olan «Standard Insurance» şirkəti 2002-ci ilin oktyabrından fəaliyyət göstərir. Şirkətin Bakıda və regionda iki nümayəndəliyi mövcuddur. Bundan başqa, şirkətin Tiflisdə (Gürcüstan) «Standard Insurance Georgia» adlı bir törəmə müəssisəsi də fəaliyyət göstərir. Hazırda şirkət 5 icbari və 24 növ könüllü sığorta xidməti göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR