Bank Of Baku

Dünya Bankının Azərbaycan üzrə baş iqtisadçısı Bakıya gəlib

Dünya Bankının Azərbaycan üzrə baş iqtisadçısı Bakıya gəlib
# 16 may 2011 11:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Dünya Bankının (DB) Azərbaycan üzrə baş iqtisadçısı Raşmi Şankar Bakıya gəlib. Bu barədə “APA-Economics”ə DB-nın Bakı ofisindən bildirilib.

R.Şankarın Azərbaycana səfərinin məqsədi makroiqtisadi məsələlərin müzakirəsi və Bakıda növbəti İqtisadi Siyasət Forumunun keçirilməsi üçün hazırlıq işləri ilə bağlıdır: “Cənab Şankarın Azərbaycana səfəri iyun ayınadək davam edəcək, forumun keçirilməsi isə təxminən sentyabr ayına planlaşdırılır. Forumun əsas mövzuları iqtisadiyyatın inkişafı, onun diversifikasiyası, əmək bazarı, ali təhsil və s. məsələlərlə bağlı olacaq”.

Qeyd edək ki, DB Azərbaycanda ilk İqtisadi Siyasət Forumunu 2009-cu ilin oktyabrın 21-də keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR