Bank Of Baku

Azərbaycan Praqada keçiriləcək mikro-maliyyə konfransına qatılacaq

Azərbaycan Praqada keçiriləcək mikro-maliyyə konfransına qatılacaq
# 16 may 2011 11:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) 2011-ci ilin may ayının 18-20-də Polşa Mikromaliyyə Mərkəzinin təşkilatçılığı ilə Çexiyanın paytaxtı Praqa şəhərində keçiriləcək Beynəlxalq mikro-maliyyə konfransında iştirak edəcək. Bunu «APA-Economics»ə açıqlamasında AMA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib.

J.Hacıyevanın sözlərinə görə, “Mikromaliyyədə balanslaşdırılmış inkişafa doğru” mövzusuna həsr olunmuş beynəlxalq tədbirdə 27 ölkənin nümayəndələri iştirak edəcək. Tədbirin ikinci günündə J.Hacıyeva mikro-maliyyə sahəsində artıq borclanma ilə bağlı geniş təqdimatla çıxış edəcək.

Xatırladaq ki, AMA 2006-cı ildən Polşa Mikromaliyyə Mərkəzinin üzvü olub, 2008-ci ildən isə J.Hacıyeva Mərkəzin Direktorlar Şurasının üzvüdür.

AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR