Bank Of Baku

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi artıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi artıb
# 16 may 2011 12:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2011-ci ilin yanvar-aprel ayları üzrə 1,38 bənd təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatları əsasında “APA-Economics” tərəfindən aparılan hesablamalara görə, bu da 2011-ci il yanvar-mart ayları üzrə göstəricisindən 0,06 bənd çoxdur:




Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbətidir. Həmin nisbət əhalinin sərəncamında olan vəsaitlərin gəlirlərində xüsusi çəkisini göstərir. İndeksin artması həmin göstəricinin əvvəlki aya nisbətən yüksəlməsini əks etdirir və makroiqtisadi baxımdan müsbət amildir.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında pərakəndə əmtəə dövriyyəsi 4 905,0 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 1 503,1 mln. manat, əhalinin gəlirləri isə 8 858,9 mln. manat təşkil edib. Beləliklə, gəlirlərin əsas xərcləri üstələməsinin mütləq göstəricisinin həcmi yanvar-apreldə 2 450,8 mln. manat təşkil edib ki, bu da yanvar-martın göstəricisindən 57,1% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR