Bank Of Baku

Gələn həftə Dünya Bankının nümayəndə heyəti Azərbaycana gələcək

Gələn həftə Dünya Bankının nümayəndə heyəti Azərbaycana gələcək
# 16 may 2011 13:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Mayın 26-da Dünya Bankının (DB) Maliyyə Sektoru üzrə baş mütəxəssisi Maykl Edvardsın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gələcək. Bu barədə “APA-Economics”ə DB-nin Bakı ofisindən bildirilib.

“İyunun 15-dək davam edəcək səfər çərçivəsində DB nümayəndə heyəti Azərbaycanda istehlakçıların hüquqlarının qorunmasına dair texniki yardım proqramı çərçivəsində məsləhətlər verəcək, eyni zamanda “Kapital bazarlarının modernləşdirilməsi Layihəsi»nin icrası üçün hazırlıq işləri aparacaq”, - deyə DB-nin Bakı ofisindən bildirilib.

Qeyd edək ki, bu ilin iyun-iyul ayları ərzində DB Azərbaycanda həyata keçiriləcək “Kapital bazarının modernləşdirilməsi layihəsi”nin icrası üçün 12 mln. ABŞ dolları məbləğində kredit ayıracaq. Hazırda layihənin bir qədər də effektiv olması üçün rəsmi prosedurlar həyata keçirilir və bu işlər bir neçə ay davam edəcək. Layihənin icrasına İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən daha 3 mln. dollar ayrılacaq. “Kapital bazarının modernləşdirilməsi layihəsi” 2010-cu ildə müxtəlif beynəlxalq donor təşkilatlarının maliyyələşdirdiyi və DB tərəfindən idarə edilən “FIRST Initiative” proqramı tərəfindən Azərbaycanda kapital bazarının inkişafı strategiyasının bir hissəsidir. Layihə çərçivəsində 2011-2015-ci illər üçün Azərbaycanda kapital bazarının inkişafı strategiyası və onun icrasına dair ortamüddətli tədbirlər planı hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR