IPI hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə faizlə ifadə olunan nisbətidir. Belə ki, indeks aprel ayında istehsal edilmiş məhsulun dəyəri (2 292,3 mln. manat) mart ayında istehsal edilmiş məhsulun dəyərinə (2 632,9 mln. manat) bölünməklə hesablanıb.
IPI indeksinin kəskin azalması sənaye istehsalın aprel ayı üzrə artımın əvvəlki ayın eyni göstəricisindən daha aşağı olub. Eyni zamanda indeksin 100%-dən aşağı olması da mənfi göstəricidir, çünki sənaye istehsalının mart ayında aylıq müqayisədə azalmasından xəbər verir. Belə ki, fevralın yanvara nisbətən artımı 23,4% təşkil edibsə, martda 1,9%-lik, apreldə isə 12,9%-lik azalma baş verib.