Bank Of Baku

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 8% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 8% artıb
# 16 may 2011 13:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2011-ci ilin yanvar-aprel ayları ərzində 4,9 mlrd. manat təşkil edib. Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 8,3% artıb.

Əhalinin istehlak bazarından aldığı əmtəənin 63,3% ərzaq, 36,7%-i isə qeyri-ərzaq məhsullarının payına düşüb. Ərzaq məhsulları üzrə dövriyyə 1,6%, qeyri-ərzaq mallarının satışı isə 25,5% artıb.

Yanvar-aprel aylarında əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 1,5 mlrd. manat təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 9,4% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR