Bank Of Baku

“Kapital Bank” qiymətli kağızlara investisiyaları 8 dəfə artırıb

“Kapital Bank” qiymətli kağızlara investisiyaları 8 dəfə artırıb
# 16 may 2011 13:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC-nin kredit portfelinin həcmi 2011-ci ilin aprel ayının 1-nə 440,833 mln. manat təşkil edib ki, bu da ötən analoji dövrünün göstəricisi ilə müqayisədə 58% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın 12 ayadək verdiyi kreditlər 69% azalaraq 55,534 mln. manat, 12 aydan artıq müddətə verilən kreditlər 3,9 dəfə artaraq 385,299 mln. manat, istehlak kreditləri 37,3% azalaraq 6,845 mln. manat təşkil edib.

Son bir ildə bankın Azərbaycan İpoteka Fondunun xətti ilə verdiyi kreditlər 69,3% artaraq 12,433 mln. manat, daxili proqramı çərçivəsində verdiyi ipoteka kreditləri 23% azalaraq 6,304 mln. manat olub.

Təhlil olunan dövr ərzində bankın qiymətli kağızlar bazarında yatırdığı investisiyaların həcmi son bir ildə 7,7 dəfə artaraq 27,164 mln. manat təşkil edib.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 89 filialı, 393 bankomatı, 399 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR