Bank Of Baku

“Zamin Bank”ın aktivləri son bir ildə 34% artıb

“Zamin Bank”ın aktivləri son bir ildə 34% artıb
# 16 may 2011 14:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Zamin Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin aprel ayının 1-nə 254,246 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 34% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 27,7% artaraq 160,910 mln. manat, depozit portfeli 57,1% artaraq 54,907 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 33% artaraq 26,289 mln. manat, o cümlədən nizamnamə kapitalı 57% artaraq 20,722 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın məcmu müştərilərinin sayı 81 873, o cümlədən fiziki şəxslərin sayı 74 054, hüquqi şəxslərin sayı isə 7 819 olub. Həmçinin bu dövrdə aktiv plastik kartların sayı 27 421-ə, o cümlədən debet kartlarının sayı 26 579-a, kredit kartlarının sayı isə 842-yə çatıb.

Xatırladaq ki, “Zamin Bank” ASC 1992-ci ildə yaradılıb. Bankın ölkə üzrə 35 filialı, həmçinin, 6 şöbəsi, Rusiyada «Moskva» nümayəndəliyi, 37 bankomatı, 1 891 POS-terminalı və 595 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR