Bank Of Baku

«Bank Standard» istehlak kreditləşməsini 48% artırıb

«Bank Standard» istehlak kreditləşməsini 48% artırıb
# 16 may 2011 14:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank Standard» QSC-nin aktivlərinin həcmi 2011-ci ilin aprel ayının 1-nə 601,755 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 3,1% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 3,9% azalaraq 376,377 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 48% artaraq 75,354 mln. manat, ipoteka kreditlərinin həcmi isə 21,819 mln. manat təşkil edib.

Təhlil aparılan dövr ərzində bankın depozit portfeli 84% artaraq 390,266 mln. manat, o cümlədən müddətli depozitlər 304,905 mln. manat, tələb olunanadək depozitlər 47,968 mln. manat, əhalinin əmanətləri isə 298,985 mln. manat olub. Həmçinin bankın məcmu kapitalı 13% artaraq 84,165 mln. manat, o cümlədən nizamnamə kapitalı 15,4% artaraq 75 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən ilin I rübünə nisbətən bankın ümumi gəlirləri 40% azalaraq 11,810 mln. manat, xərcləri 5,1% artaraq 16,971 mln. manat olub. Nəticədə bu ilin I rübündə bankın zərəri 5,161 mln. manat təşkil edib, ötən ilin müvafiq dövründə isə bankın mənfəəti 3,374 mln. manat olub.

Bu dövrdə bankın cəmi müştərilərinin sayı 31,3% artaraq 119 206-ya, o cümlədən fiziki şəxslərin sayı 31% artaraq 116 498-ə, hüquqi şəxslərin sayı isə 30% artaraq 2 708-ə çatıb.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» 1995-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 16 filialı, 79 bankomatı, 427 POS-terminalı və 428 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR