Bank Of Baku

Ukraynalı nazir: “Azərbaycanla ticarət dövriyyəmizi bu il də artırmaq fikrindəyik”

Ukraynalı nazir: “Azərbaycanla ticarət dövriyyəmizi bu il də artırmaq fikrindəyik”
# 16 may 2011 14:51 (UTC +04:00)
Bakı. Əhməd Yusifzadə - APA-Economics. Ukrayna baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Andrey Klyuev ölkənin əsas ticarət tərəfdaşları ilə əlaqələrin əhəmiyyətli dərəcədə artmasına və xarici siyasətin iqtisadi aspektlərinə xüsusi diqqət ayrılmasına dair hökumətin niyyətini açıqlayıb.

APA-Economics”in Ukrayna hökumətinin saytına istinadən xəbərinə görə, nazir Ukrayna-Azərbaycan əməkdaşlığının geniş perspektivlərə malik olduğunu vurğulayıb.

“Artıq bəyan etdiyimiz layihələrdən başqa, çoxsaylı perspektiv istiqamətlər də var. Məsələn, Azərbaycan ərazisində kənd təsərrüfatı məhsullarının emalı üzrə birgə müəssisələrin tikintisi. Həmçinin Bakını öz enerji obyektlərinin inkişafı maraqlandırır ki, bu kontekstdə biz Azərbaycana öz turbinlərimizi ixrac edə bilərik. Ona görə düşünürəm ki, bu il də ticarət dövriyyəmizi artıra biləcəyik” - deyə A.Klyuev qeyd edib.

Baş nazirin birinci müavini xatırladıb ki, 2010-cu ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 84% artıb: “Bu, daha çox Azərbaycan neftinin Ukraynaya göndərilməsi nəticəsində mümkün olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR