Azərbaycanın qiymətli kağızlar bazarında mühüm dəyişikliklər gözlənilir
Qiymətli kağızlarla ticarətin səmərəliliyinin artırılması və risklərin azaldılması məqsədilə qiymətli kağızların ticarəti üzrə mərkəzləşdirilmiş klirinq sistemin yaradılması və onun elektron ödəniş sistemlərinə inteqrasiyasının təmin edilməsi də planlaşdırılır.
Bundan başqa, proqramda maliyyə vasitəçiliyi fəaliyyətinin və kollektiv investisiya sxemlərinin təşkili və təşviqinə diqqət yetirilib. Sənəddə nəzərdə tutulmuş tədbirlər çərçivəsində müasir maliyyə vasitəçilərinin - investisiya şirkətlərinin, aktivlərin idarə edilməsi şirkətlərinin və kastodian təsisatlarının formalaşması üçün zəruri hüquqi və təşkilati mexanizmlər formalaşdırılacaq. Maliyyə vasitəçiləri tərəfindən broker, diler, investisiya təhlili, anderraytinq və digər əlaqədar funksiyaların kompleks şəkildə həyata keçirilməsi üzrə fəaliyyət təşviq ediləcək.
Proqramın yeniliyi və ən vacib hissəsi kimi burada qiymətli kağızlar bazarında tələb və təklifin dəstəklənməsi üzrə müəyyən addımların öz əksinin tapmasını qeyd etmək olar. Proqramda bildirilir ki, qiymətli kağızlar bazarının səmərəli fəaliyyət göstərməsi üçün fond bazarında ticarətin artırılması və bunun üçün əlverişli mühitin yaradılması, mövcud kapital bazarı alətlərindən istifadənin genişləndirilməsi, yeni maliyyə alətlərinin buraxılışının təşviqi tələb olunur. Müasir kapital bazarının formalaşması ilk növbədə dövlət istiqrazlarının likvid və dərin bazarının təmin edilməsi ilə bağlıdır. Bu istiqamətdə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, monetar və fiskal siyasət alət və vasitələrindən optimal şəkildə istifadə olunması, o cümlədən ilkin mərhələdə dövlət qiymətli kağızlarının likvidliyinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qiymətli kağızlar bazarında ticarətin genişləndirilməsi məqsədilə qiymətli kağızlar bazarlarından maliyyələşməyə hazır olan bir sıra dövlət müəssisələrinin qiymətli kağızlarının fond birjasında təklif edilməsi və bunun üçün müvafiq hüquqi və təşkilati mexanizmlərin yaradılması nəzərdə tutulur. Həmçinin özəl sektora dövlət maliyyə dəstəyinin fond bazarı alətləri ilə göstərilməsi, dövlət xətti ilə sərmayələrin qoyulmasında fond birjasında kotirovka olunan şirkətlərə üstünlük verilməsi və sərmayələrin çıxış dəyərinin kapital bazarı alətləri ilə müəyyənləşdirilməsi həyata keçiriləcək.
Kiçik və orta sahibkarlığın kapital bazarlarından maliyyələşməsi imkanlarının artırılması məqsədilə Bakı Fond Birjasında alternativ ticarət platforması yaradılması nəzərdə tutulur. Bütün bunlarla bərabər, fond birjasında təqdim edilən investisiya alətlərinin çeşidinin artırılması və fərdi investorların bazara marağının təmin edilməsi məqsədilə xarici fond bazarlarında ticarət olunan qiymətli kağızların yerli bazarda, habelə yerli qiymətli kağızların xarici kapital bazarlarında təklif edilməsi, bunun üçün müvafiq hüquqi və təşkilati tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Qiymətli kağızlar bazarında yüksək rəqabət gücünə malik maliyyə alətlərinin təklifinin genişləndirilməsi, xarici investorların Azərbaycanın qiymətli kağızlar bazarına marağının artırılması məqsədilə infrastruktur layihələrinin fond bazarı alətləri ilə maliyyələşdirilməsi təcrübəsinin tətbiq olunması, müxtəlif borc kağızlarının və müddətli kontraktların ticarəti mexanizmlərinin də yaradılması nəzərdə tutulur. Kapital bazarlarının səmərəli fəaliyyəti, özəl sektorun kapital bazarlarından maliyyələşmə və bütövlükdə investisiya imkanlarının genişlənməsi üçün əlverişli vergi mühitinin mövcudluğu mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, qiymətli kağızlar bazarında vergiyə cəlb olunma şərtlərinin qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, o cümlədən qiymətli kağızlardan əldə edilən investisiya gəlirlərinə, qiymətli kağızların alqı-satqısından əldə olunan gəlirlərə vergi güzəştlərinin tətbiq olunması gündəlikdə olacaq. Həmçinin investisiya fondlarının fəaliyyətini, şirkətlərin fond birjasının listinqinə çıxmasını təşviq edən əlverişli fiskal şəraitin yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı ölkə başçısı tərəfindən mayın 16-da təsdiqlənib.
Maliyyə
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
IsDB-nin İllik Toplantıları çərçivəsində bir sıra maliyyə və investisiya sazişləri imzalanıb - FOTO
Ziraat Bank Azərbaycan-da yeni təyinat olub
Baş nazir: Azərbaycan dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsini inkişaf etdirir
Xəbər Lenti
I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
ICIEC: Ötən il Türkiyə və Gürcüstanda üç dəmir yolu layihəsinə sığorta təminatı vermişik
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
IsDB-nin İllik Toplantıları çərçivəsində bir sıra maliyyə və investisiya sazişləri imzalanıb - FOTO
Maştağada 62 yaşlı kişini cərəyan vuraraq öldürüb
ICIEC 51 ölkədə 159 milyard dollarlıq ticarət və investisiya əməliyyatlarını sığortalayıb
Mikayıl Cabbarov: 2021–2025-ci illərdə ölkədə qeyri-neft və qaz sektorunun orta illik artımı 6% təşkil edib
Azərbaycanda siqaret qaçaqmalçılığında ittiham edilən dəstənin məhkəməsi başlayır
Beksultan Adilxanov: Bakı və Şımkent arasında birgə turizm marşrutları hazırlanır
Ziraat Bank Azərbaycan-da yeni təyinat olub
Şahbuzda hərbi sursat aşkar edilib - FOTO - VİDEO
Mikayıl Cabbarov: Özəl sektor forumunda 4,7 mlrd. dollarlıq sazişlər imzalanacaq
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
DÇ-2026: Avstriya İordaniyanı məğlub edib
Baş nazir: Azərbaycan dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsini inkişaf etdirir
Britaniyanın investisiya naziri: Azərbaycanla ticarət əlaqələrimiz daha da inkişaf edir
Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır
APA TV-də XƏBƏRAPARAN - CANLI
Müəllimlərin sertifikasiya imtahanları başlayıb
DYP piyadalara müraciət edib - VİDEO
Sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanacaq
Ağdərədə yol qəzasında 3 nəfər xəsarət alıb
MSK nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək
IsDBI: Hazırda qlobal islam maliyyəsi sənayesinin həcmi 4 trilyon dollar səviyyəsində qiymətləndirilir
MN: Pirkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
AMB: Azərbaycan ilk sukuk emissiyasına hazırlaşır
Bərdədə 10 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb - VİDEO
Nyu-York birjasında təbii qaz bahalaşıb
AMB sədri: İslam maliyyəsi inklüziv iqtisadi inkişafın mühüm alətidir
Azərbaycan neftinin qiyməti 83 dollara yaxın olub
“Brent” və "WTI" markalı neft ucuzlaşıb
Şükürbəyliyə növbəti köç karvanı yola salınıb - FOTO
FHN: Ötən sutka Bakıda 4 əməliyyat olub, 1 nəfər xilas edilib
Bu günün valyuta məzənnələri
G7 liderləri Rusiyanın neft və qaz sektoruna sanksiya təzyiqini artırmaq niyyətindədirlər
Dünən Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
G7 liderləri Ukraynaya HHM sistemlərinin tədarükünü artırmaq barədə razılığa gəliblər
DÇ-2026: Messinin het-triki Argentinaya qələbə qazandırdı
Vens: İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər
Heqset NATO-dan olan həmkarları ilə ittifaqa töhfələrinin artırılmasını müzakirə edəcək
DÇ-26: İraq – Norveç 1:4
Vens: ABŞ-İran sazişi İsrail, Livan və Fars körfəzini əhatə edəcək
Papa XIV Leo İran memorandumunun münaqişəyə son qoyacağına ümid etdiyini deyib
İsveçrə Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
DÇ-2026: Fransa 3 xalı 3 qolla qazanıb
Senat Trampın İrana qarşı müharibə səlahiyyətləri ilə bağlı qətnaməni bloklayıb
Merz: Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün ilk real şans yaranıb
Çin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaları ləğv etməyi tələb edib