Bank Of Baku

Azərbaycanda əhalinin gəlirləri 16% artıb

Azərbaycanda əhalinin gəlirləri 16% artıb
# 17 may 2011 11:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda əhalinin məcmu gəlirləri 2011-cu ilin yanvar-aprel aylarında 8 858,9 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 16% artıb.

İlin dörd ayı ərzində əhalinin adambaşına düşən gəlirləri 14,5% artaraq 983,4 manata çatıb. Gəlirlərin 67,9%-i son istehlaka, 22,4%-i əmanətlərin və kapitalın artırılmasına, qalan hissəsi isə vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının və digər ödəmələrin həyata keçirilməsinə sərf edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR