Bank Of Baku

Azərbaycanda müəssisələrin 40%-i son bir ildə investisiya qoymayıb

Azərbaycanda müəssisələrin 40%-i son bir ildə investisiya qoymayıb
# 17 may 2011 13:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) apardığı sorğular göstərib ki, ölkənin qeyri-neft sektorunda çalışan əsas müəssisələrinin 40%-i son bir ildə investisiya yatırmayıb.

«APA-Economics»in məlumatına görə, bu barədə AMB-nın açıqladığı «2011-ci ilin I rübünün yekunları üzrə Pul Siyasəti İcmalı»nda bildirilir.

Bununla yanaşı, həmin sorğular ölkədə investisiya aktivliyinin yüksəldiyini də göstərib. AMB-nin hesabatında bildirilir ki, müəssisələr arasında aparılan rüblük sorğunun son nəticələrinə əsasən investisiya qoyuluşları “artıb” deyənlərin sayı artıb, “olmayıb” deyənlərin sayı isə azalıb.

Qeyd edək ki, Mərkəzi Bank 2008–ci ildən etibarən Real Sektorun Monitorinqi (RSM) çərçivəsində müəssisələr arasında investisiya fəaliyyəti ilə bağlı rüblük sorğular həyata keçirir. Bu sorğularda iqtisadiyyatın 300-ə qədər qeyri-neft sektoru sənayesi müəssisələri (qeyri-kənd təsərrüfatı müəssisələri) iştirak edir.

Son sorğuya əsasən müəyyən edilib ki, real sektorun monitorinqinin əhatə etdiyi hər 100 müəssisədən 25-i investisiyalarını artırıb, 30-da isə investisiya aktivliyi dəyişməz qalıb. Bundan başqa, hər 100 müəssisədən 40-ı son bir ildə investisiya fəaliyyətinin olmadığını bildirib. Amma belə müəssisələrin sayı tədricən azalır - yanvarda keçirilən əvvəlki sorğuda belə müəssisələrin sayı 50 idi.

Müəssisələrdə investisiya fəaliyyəti ilə bağlı aparılan sorğuların nəticələri

 

IV-2010

VII-2010

X-2010

I-2011

IV-2011

Son 12 ayda investisiya fəaliyyəti:

 

 

 

 

 

olmayıb

48

59

58

50

40

Artıb

12

18

17

22

25

Azalıb

16

5

0

0

5

dəyişməyib  

24

18

25

28

30

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR