Bank Of Baku

«AccessBank» ötən il dövlət büdcəsinə 11,5 mln. manat vəsait ödəyib

«AccessBank» ötən il dövlət büdcəsinə 11,5 mln. manat vəsait ödəyib
# 17 may 2011 13:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «AccessBank» QSC 2010-cu ildə dövlət büdcəsinə ödədiyi vəsaitlərin həcmini açıqlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ötən il ərzində bank tərəfindən dövlət büdcəsinə ödənilən vəsaitlərin həcmi 11,5 mln. manat təşkil edib.

Ödənişlərə Dövlət Sosial Müdafiə Fonduna ayırmalar və ödəniş mənbələrindən tutulan vergilər də daxildir.

Bankın İdarə Heyətinin sədri Andryu Pospielovskinin sözlərinə görə, bank daim öz fəaliyyətində şəffaflığı təmin etməyə çalışıb: «Bankımız 2010-cu il üzrə dövlət büdcəsinə köçürmələri bəyan etməklə, öz vergi öhdəliklərimizdə də şəffaflığı təmin etməyə çalışır».

Xatırladaq ki, «AccsesBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR