Bank Of Baku

Bakı Fond Birjasında səhmlər üzrə əməliyyatlarda kəskin azalma müşahidə olunur

Bakı Fond Birjasında səhmlər üzrə əməliyyatlarda kəskin azalma müşahidə olunur
# 02 may 2012 13:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 3,686 mlrd. manat təşkil edib. Bu isə 2011-ci ilin eyni dövrü ilə müqayisədə 46,5% çoxdur.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarının həcmi 3,2 dəfə azalaraq 75,461 mln. manat təşkil edib. Korporativ istiqrazların ilkin bazarının həcmi hesabat dövründə 2,2 dəfə azalaraq 19,285 mln. manat, istiqrazların təkrar bazarı isə 5,2 dəfə azalaraq 27,467 mln. manat olub. Ümumiyyətlə, korporativ istiqrazlar bazarı yanvar-aprel aylarında 4 dəfə azalıb.

Səhm bazarına gəldikdə isə, hesabat dövründə bu növ kağızlar üzrə qeydə alınan əqdlərin həcmi 28,710 mln. manat təşkil edib və 2011-ci ilin analoji dövrünə nisbətən bu göstərici 48% azalıb. Səhmlərin ilkin bazarı 46%, təkrar bazarı isə 4,4 dəfə azalıb.

Korporativ qiymətli kağızlar

Bazarın seqmentləri

Yanvar-aprel, 2012

Yanvar-aprel, 2011

Nisbət (%)

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Korporativ istiqrazlar (yerləşdirmə)

19 284 834,00

30

42 882 000,99

31

-2,2 dəfə

Korporativ istiqrazlar (təkrar bazar)

27 466 628,68

17

143 330 069,66

36

-5,2 dəfə

Kİ bazarı cəmi

46 751 462,68

47

186 212 070,65

67

-4 dəfə

Səhmlər (yerləşdirmə)

27 867 476,35

31

51 479 170,00

71

-46%

Səhmlər (təkrar bazar)

842 124,97

1 154

3 725 415,78

972

-4,4 dəfə

Səhm bazarı cəmi

28 709 601,32

1 185

55 204 585,78

1 043

-48%

KQK bazarı cəmi

75 461 064

1 232

241 416 656

1 110

-3,2 dəfə



Bu ilin yanvar-aprel aylarında BFB-nin dövriyyəsinin müsbət dinamikasına dövlət qiymətli kağızları (DQK), əsasən də notlar üzrə repo əməliyyatları səbəb olub. Belə ki, Azərbaycan Mərkəzi Bankının notlarının həcmi cari ilin ilk dörd ayı ərzində 2011-ci ilin analoji dövrünə nisbətən 29,4% artıb. Notların ilkin bazarı 28,2%, təkrar bazarı isə 2,3 dəfə artıb. Eyni zamanda, hesabat dövründə notlar üzrə repo əməliyyatları 74,4% artaraq 3,211 mlrd. manata çatıb. Yanvar-aprel aylarında dövlət istiqrazları (Dİ) bazarında əqdlər bağlanılmayıb. Ümumiyyətlə, DQK bazarı hesabat dövründə 58,8% artaraq 3,610 mlrd. manatdan çox olub.

Dövlət qiymətli kağızları

Bazarın seqmentləri

Yanvar-aprel, 2012

Yanvar-aprel, 2011

Nisbət (%)

Əqdlərin həcmi, AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi, AZN

Əqdlərin
sayı

Dİ (AMN) (yerləşdirmə)

0,00

0

112 712 249,95

71

-

Dİ (AMN)
(təkrar bazar)

1 325 851,92

2

12 215 017,18

17

-9,2 dəfə

Dİ bazarı cəmi

1 325 851,92

2

124 927 267,13

88

-94,2

Notlar (AMB) (yerləşdirmə)

389 476 825,08

95

303 684 114,34

107

28,2%

Notlar (AMB)
(təkrar bazar)

8 077 756,64

4

3 556 081,09

2

2,3 dəfə

Not bazarı cəmi

397 554 581,72

99

307 240 195,43

109

29,4%

Repo əməliyyatları

3 211 300 530,66

459

1 841 722 089,54

366

74,4%

DQK bazarı cəmi

3 610 180 964

560

2 273 889 552

563

58,8%


Dİ – dövlət istiqrazları;
AMN – Azərbaycan Maliyyə Nazirliyi;
AMB – Azərbaycan Mərkəzi Bankı;
DQK – Dövlət qiymətli kağızları;
KQK – Korporativ qiymətli kağızlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR