Bank Of Baku

İqtisadi İnkişaf Nazirliyində beynəlxalq donor təşkilatlarının nümayəndələri ilə görüş keçirilib

İqtisadi İnkişaf Nazirliyində beynəlxalq donor təşkilatlarının nümayəndələri ilə görüş keçirilib
# 03 may 2012 09:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyində (İİN) ölkədə fəaliyyət göstərən beynəlxalq donor təşkilatlarının yerli nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirin təşkilində məqsəd İİN və beynəlxalq donor təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsi, fəaliyyətin daha səmərəli koordinasiya edilməsi, nazirlik və donor təşkilatlar arasında bu sahədə fikir mübadiləsinin aparılması olub.

İİN-in Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Sahil Babayev beynəlxalq donorlar tərəfindən texniki yardım və qrantlar hesabına həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib və bu istiqamətdə qarşılıqlı fəaliyyətin zəruriliyini vurğulayıb.

Tədbirdə İİN-in struktur bölmələrinin və tabeliyindəki qurumların nümayəndələri donor təşkilatlarla əməkdaşlığın prioritet istiqamətləri barədə məlumat verib və beynəlxalq donor təşkilatları tərəfindən gələcəkdə həyata keçiriləcək layihələrdə bu istiqamətlərin nəzərə alınmasının vacibliyini qeyd edib.

Tədbir çərçivəsində İİN və donor təşkilatlar arasında gələcək əməkdaşlığa və fəaliyyət istiqamətlərinə dair müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR