Bank Of Baku

«Bank Standard» vergi ödənişlərinin qəbuluna başlayıb

«Bank Standard» vergi ödənişlərinin qəbuluna başlayıb
# 03 may 2012 13:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank Standard» ASC vergi ödənişlərinin qəbuluna başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu, Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq olunan Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) vasitəsilə həyata keçirilir.

Ödənişlər həm nağd şəkildə bütün «Bank Standard» filiallarında, həm də bankın internet saytında kart vasitəsilə on-line rejimində aparıla bilər.

Yeni ödəniş üsulu vətəndaşlara vergiləri vaxtında ödəmək imkanı yaradacaq və onların vaxtına xeyli qənaət edəcək. Belə ki, yeni üsul vergi orqanlarına getmək zərurətini aradan qaldıracaq. İstər bankda, istərsə internet vasitəsilə aparılan ödəniş haqda məlumat qısa müddət ərzində xeyrinə ödəniş həyata keçirilən qurumun məlumat bazasına ötürülür.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan “Bank Standard” 1995-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR