Bank Of Baku

«Parabank» yeni kampaniyaya başlayıb

«Parabank» yeni kampaniyaya başlayıb
# 03 may 2012 14:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Parabank» ASC «Western Union» beynəlxalq pulköçürmə sistemi ilə birgə «Heyrətləndirici dünya» adlı yeni kampaniyaya başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniya «Western Union» sistemi ilə təcili pul köçürmələrindən istifadə edən müştərilər üçün nəzərdə tutulub. Kampaniya müddətində «Western Union» xidmətlərindən pul göndərən və yaxud alan müştəri kupon əldə edəcək.
Müştəri kuponu doldurduqdan sonra bankın əməkdaşına təhvil verir. Bankın əməkdaşı kuponları möhürləyir, əməliyyatın son 3 rəqəmini (MTCN) və lazım olan qaydada tarixi qeyd edir. Bütün yığılan kuponlar xoşbəxt lotereyada iştirak edəcək.
Kampaniya zamanı «Parabank»ın filiallarında «Western Union» xidmətlərindən istifadə edən hər bir pul göndərən və yaxud alan müştəri promo-kuponu doldurduqdan və bank əməkdaşına təhvil verdikdən sonra xoşbəxt lotereyada iştirak edir.
Kampaniyada iştirak edən müştərilər hədiyyələr qazanmaqla yanaşı, lotereyada iştirak edərək istənilən ölkəyə turistik bileti şansı da əldə edəcəklər. Kampaniya bu ilin ayının 1-dən iyul ayının 30-dək davam edəcək.
Qeyd edək ki, “Parabank” 8 ildir “Western Union” pulköçürmə sisteminin Azərbaycanda rəsmi nümayəndəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR