Bank Of Baku

Manilada Asiya İnkişaf Bankı Direktorlar Şurasının illik toplantısı başlayıb

Manilada Asiya İnkişaf Bankı Direktorlar Şurasının illik toplantısı başlayıb
# 04 may 2012 09:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Manilada (Filippin) Asiya İnkişaf Bankı (AİB) Direktorlar Şurasının 45-ci illik toplantısı işə başlayıb. «APA-Economics»in məlumatına görə, toplantıda Azərbaycanı ölkənin maliyyə naziri, AİB-in Direktorlar Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Toplantıda əksər üzv ölkələrdən nazirlər və yüksək vəzifəli hökumət rəsmiləri, biznes liderləri, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri olmaqla 4 mindən çox nümayəndə iştirak edir.

İki gün davam edəcək tədbir çərçivəsində S.Şərifovun bir sıra işgüzar görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, 1966-cı ildə yaradılan AİB-in baş qərargahı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-ə 1999-cu ilin dekabr ayının 22-də üzv olub. Tərəflər arasında əməkdaşlığa başladığı tarixdən etibarən bu günə kimi avtomobil yollarının tikintisi, kiçik şəhərlərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, elektroenergetika, meliorasiya və selə qarşı tədbirlər sahələrini əhatə edən 7 layihə üzrə ümumi məbləği 596,9 mln. ABŞ dolları məbləğində 10 kredit saziş imzalanıb ki, artıq 3 layihənin («Selə Qarşı Tədbirlər», «Şərq-Qərb avtomobil yolunun yenidən qurulması» və «Kiçik şəhərlərdə su-kanalizasiya sistemlərinin yenidən qurulması») icrası başa çatıb, qalan 4 layihənin icrası isə davam etdirilir. Ümumiyyətlə, 2012-ci ilin yanvar ayının 1-nə AİB-in Azərbaycan üçün təsdiq olunmuş kreditlərinin ümumi məbləği 1 094,4 mln. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR