Bank Of Baku

Azərbaycanda bank depozitləri 30% artıb

Azərbaycanda bank depozitləri 30% artıb
# 04 may 2012 11:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2012-ci ilin martın 1-nə 9 507,0 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 192,0 mln. manat və ya 30%, bu ilin fevral ayında isə 225,8 mln. manat və ya 2,4% artıb.

Depozitlərin tərkibində 4 330,6 mln. manat və ya 45,6% ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi son bir ildə 1 187,7 mln. manat və ya 37,8%, fevralda isə 151,1 mln. manat və ya 3,6% artıb.

Eyni zamanda, hüquqi şəxslərin depozitlərinin həcmi martın 1-nə 5 176,5 mln. manata bərabər olub. Bu göstərici son bir ildə 1 004,4 mln. manat və ya 24,1% artıb. Eyni zamanda, fevral ayında 74,7 mlın. manat və ya 1,5%-lik artım baş verib.

Hüquqi şəxslərin depozitlərinin strukturunda 2 529,2 mln. manat və ya 48,9% maliyyə təşkilatların depozitləri, 2 647,3 mln. manat və ya 51,1% qeyri-maliyyə təşkilatlarının depozitlərinin payına düşür.

Göründüyü kimi, depozitlərin artımında əhalinin rolu daha yüksək olub. Belə ki, artımın 54,2%-i məhz əhalinin əmanətlərinin payına düşür ki, bu da əhali arasında banklara olan etimadın yüksək səviyyədə qalmasından xəbər verir. Hüquqi şəxslərin depozitlərinin artımında isə qeyri-maliyyə təşkilatlarının rolu daha yüksəkdir. Belə ki, illik artımın 42,2%-i maliyyə, 57,8%-i isə qeyri-maliyyə qurumlarının payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR