Bank Of Baku

Aşqabadda ECO-nun növbəti toplantısı keçiriləcək

Aşqabadda ECO-nun növbəti toplantısı keçiriləcək
# 04 may 2012 12:56 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. İyunun 11-13-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Regional Planlaşdırma Şurasının iclası keçiriləcək.

APA-Economics”in təşkilatın saytına istinadən xəbərinə görə, iclasda siyasətə və ECO-nun növbəti layihələrinə dair gələcək planlar müzakirə ediləcək, gələn il üçün hadisələrin təqvimi müəyyənləşdiriləcək.

Yeni proqram İzmir müqaviləsində əksini tapmış prinsip və məqsədlərə, eləcə də Nazirlər Şurasının direktiv və tövsiyələrinə uyğun tərtib olunacaq. İclasda təşkilata üzv ölkələrdən yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Görüşdə həmçinin ECO-nun regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərinə toxunulacaq. İrəli sürülmüş plan və proqramlar Nazirlər Şurasının oktyabrın 13-16-da Bakıda keçiriləcək iclasında təsdiq olunacaq.

Qeyd edək ki, ECO-nun üzv ölkələri sırasına Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Pakistan və İran daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR