Bank Of Baku

Sabah 4 sığorta şirkətində yüksək vəzifələrin tutulması üçün imtahan keçiriləcək

Sabah 4 sığorta şirkətində yüksək vəzifələrin tutulması üçün imtahan keçiriləcək
# 04 may 2012 13:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Mayın 5-də Azərbaycan Maliyyə Nazirliyi tərəfindən sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün növbəti test imtahanı keçiriləcək.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, imtahanda iştirak edən Kəmalə Axundova «Xalq Sığorta»nın Təftiş Komissiyasının üzvü, Fərhad Şirinov və Kənan Qəniyev «AzSığorta» şirkəti İdarə Heyətinin üzvü, Emin Rəcəbov Beynəlxalq Sığorta Şirkəti Təftiş Komissiyasının üzvü və Əsgər Ələkbərov «Qala Həyat» sığorta şirkəti İdarə Heyətinin sədri vəzifəsini tutmaq üçün imtahan verəcəklər.

Qeyd edək ki, imtahan Azərbaycan Sığortaçılar Assosiasiyasının binasında (Qurban Xəlilov küçəsi, 8, «Velington Hights» kompleksinin I mərtəbəsi, N.Nərimanov heykəlinin yaxınlığında) keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR