Bank Of Baku

«Bank of Baku» uzunmüddətli müştərilərinə xüsusi imtiyazlar təqdim edəcək

«Bank of Baku» uzunmüddətli müştərilərinə xüsusi imtiyazlar təqdim edəcək
# 04 may 2012 13:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC uzunmüddətli müştərilərinə müxtəlif kateqoriyalı imtiyazlı kartların verilməsinə başlayır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu kartlar «Bank of Baku» ilə istehlak kreditləri sahəsində əməkdaşlıq müddəti 12 ay və daha artıq dövrü əhatə edən, habelə müsbət kredit tarixçəsinə malik müştərilərə şamil olunur. Eyni zamanda, «Bank of Baku» ilə yeni əməkdaşlıq etməyə başlayan şəxslərin kredit tarixçəsi 12 ayı ötəndən sonra onlar da bu kartları əldə edə biləcəklər.

Dövriyyəyə buraxılan üç kateqoriyalı kartlar sayəsində müştərilər bir sıra üstünlük və imtiyazlara yiyələnirlər. Belə ki, «Bank of Baku» ilə əməkdaşlıq müddəti 12-35 ay dövrü əhatə edən müsbət tarixçəli müştəriyə «Gümüş kart», 36-59 ay – «Qızıl kart», 60 aydan artıq müddət üçün isə «Brilyant kart» veriləcək. Proqramın əsas şərtlərindən biri odin ibarətdir ki, kart sahiblərinə hər kredit ödənişindən ayrılan bonusun yeni kredit zamanı komissiya haqqının ödənilməsinə, gələcəkdə isə bir sıra digər bank məhsul və xidmətlərinin komissiya haqqının ödənilməsinə sərf ediləcək. Beləliklə, həmin müştəri yenidən bank məhsul və xidmətlərindən yararlandıqda daha az miqdarda komissiya haqqı ödəyəcək.

Toplanan bonus məbləğinin miqdarı isə aşağıdakı kimidir: «Gümüş kart»ın sahibinə hər ödənişin məbləğinin (əsas məbləğ və faizlər daxil olmaqla) – 0,5%-i, «Qızıl kart»ın sahibinə - 1%, «Brilyant kart»ın sahibinə isə 2% olacaq. Kart sahibləri həmçinin arayışsız və sərfəli faiz dərəcələri ilə 5000 manatadək kredit götürmək imkanı əldə edirlər. Bundan başqa, kartın sahibi hər hansı təcili vəziyyət üçün 150 manat miqdarında ödədikcə yenilənən ekspress kredit xəttinə malik olacaq.

Bankın İdarə Heyətinin sədr müavini Abbas İbrahimovun sözlərinə görə, bu proqramla bank sadiq müştərilərdən ibarət müəyyən virtual «Dostlar klub»u yaratmış olur: «Bu klubda təmsil olunacaq müştərilərimiz üçün yığılan bonuslar yeni kreditin ayrılması zamanı komissiyanın ödənilməsinə yardımçı olacaq, onlar sərfəli kredit götürmək imkanı əldə edəcək, habelə ayrıca kredit xəttinə malik olacaqlar. Yəni, bu klubda təmsil olunan şəxslər bundan praktiki faydalar əldə edəcəklər. Bu proqram Azərbaycan bankçılıq təcrübəsində bir ilk olacaq».

Qeyd edək ki, mayın 5-dən başlayaraq kartlar «Bank of Baku»nun baş ofisində Müştəri Xidmətləri Departamentində təqdim ediləcək, qısa müddət ərzində müştərilər onları bütün filiallardan da əldə edə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR