Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, fevral ayı ərzində xarici öhdəliklər 28,5 mln. manat və ya 1,2% artıb:
Eyni zamanda, bankların məcmu xarici aktivlərinin həcmi 2012-ci il martın 1-nə 1 992,2 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 198,9 mln. manat və ya 11,1% çoxdur. Eyni zamanda, fevral ayı ərzində 131,4 mln. manat və ya 7,1%-lik artım müşahidə olunub.
Nəticədə, göründüyü kimi, kommersiya banklarının xarici maliyyə əməliyyatlarında yaranmış mənfi saldo 476,8 mln. manat təşkil edib, bu isə illik müqayisədə 32,7% azdır.