Bank Of Baku

BBVB valyuta dövriyyəsi apreldə 50% azalıb

BBVB valyuta dövriyyəsi apreldə 50% azalıb
# 04 may 2012 14:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 42 ticarət sessiyasında 39 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 12 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində USD/AZN üzrə keçirilən elektron əməliyyatlarının həcmi 42,752 mln. manat və ya dollar ekvivalentində 54,409 mln. təşkil edib ki, bu da əvvəlki aya nisbətən 49% azdır.

EUR/AZN aləti üzrə ümumi dövriyyə 311 910 manat təşkil edib və bu alət üzrə avronun manata orta ölçülmüş məzənnəsi 1,0397 manat təşkil edib. Göründüyü kimi, aprel ayında xarici valyutalar üzrə elektron ticarətin həcmi 43,064 mln. manat təşkil edib. Cari ilin mart ayı ilə müqayisədə valyuta bölməsinin həcm göstəriciləri 52,249 mln. dollar və yaxud 2 dəfə azalıb.

Hesabat ayında həmçinin, Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 2,590 mln. dollara çatıb, halbuki, hər əqdin orta həcmi 1,395 mln. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR