Bank Of Baku

Azərbaycanın maliyyə naziri Asiya İnkişaf Bankının rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib - FOTO

Azərbaycanın maliyyə naziri Asiya İnkişaf Bankının rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib - <font color=red>FOTO</font>
# 07 may 2012 10:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Manilada (Filippin) keçirilən Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının illik toplantısı çərçivəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov bir sıra işgüzar görüşlər keçirib.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, AİB-in prezidenti Haruhiko Kuroda ilə keçirilən görüşlərdə Azərbaycandakı sosial-iqtisadi inkişaf, ölkənin davamlı iqtisadi artım və diversifikasiyası, AİB tərəfindən Azərbaycanda maliyyələşdirilən layihələrin hazırkı icra vəziyyəti və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Görüş zamanı H.Kuroda Azərbaycanın son illər davamlı olaraq əldə etdiyi yüksək iqtisadi göstəriciləri təqdirəlayiq hesab edərək AİB-in bundan sonra da Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafına yönələn səylərini dəstəkləyəcəyini vurğulayıb.
S.Şərifov həmçinin AİB-in baş katib Robert Douson, baş direktor Klaus Qerxauzer və icraçı direktor Fil Bouen, o cümlədən Yaponiyanın JİCA şirkətinin vitse-prezidenti ilə ayrı-ayrılıqda görüşlər keçirib. Görüşlərdə AİB-in maliyyə dəstəyi ilə Azərbaycanda infrastrukturun müxtəlif sahələrində həyata keçirilən layihələrin icra vəziyyəti və əməkdaşlıq proqramı çərçivəsində nəzərdə tutulan yeni layihələr müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR