Bank Of Baku

Asiya İnkişaf Bankının Direktorlar Şurasının 48-ci illik toplantısı Bakıda keçiriləcək - FOTO

Asiya İnkişaf Bankının Direktorlar Şurasının 48-ci illik toplantısı Bakıda keçiriləcək - <font color=red>FOTO</font>
# 07 may 2012 10:32 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Manilada (Filippin) keçirilən AİB-in Direktorlar Şurasının 45-ci illik toplantısında Bankın Direktorlar Şurası AİB-in 2015-ci ildə keçiriləcək 48-ci illik toplantısına Bakı şəhərinin ev sahibliyi etməsinə dair yekdilliklə qərar qəbul edib.
Manilada keçirilən 45-ci illik toplantıda Azərbaycanı ölkənin maliyyə naziri, AİB-in Direktorlar Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Müzakirələrdə çıxış edən S.Şərifov Azərbaycanın son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərdən danışıb və qeyd edib ki, son 8 il ərzində Azərbaycan iqtisadiyyatı presedenti olmayan sürətlə inkişaf edərək 3 dəfə real artıma nail olub, neft gəlirlərinin səmərəli istifadə edilməsi hesabına ölkədə həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması istiqamətində bir çox nailiyyətlər qazanılıb. O cümlədən yoxsulluğun səviyyəsi 49%-dən 7,6%-ə enib, əhalinin təbii artımı bərpa olunub, ölkə əhalisinin orta yaş həddi yüksəlib, göstərilən bir çox sosial və kommunal xidmətlərin həcmi artırılaraq onlara çıxış imkanı sadələşdirilib.
Nazir bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev növbəti 10 ildə əsasən qeyri-neft sektorunun üstün şəkildə sürətli inkişaf etməsi hesabına ÜDM-in 2 dəfə artırılmasını hökumət qarşısında əsas vəzifə kimi qoyub.
S.Şərifov Mərkəzi Asiya Ölkələrinin Əməkdaşlıq Proqramının (CAREC) bundan sonra da bankın Direktorlar Şurası tərəfindən fəal şəkildə dəstəklənməsinin vacibliyini vurğulayıb və qeyd edib ki, bu proqram çərçivəsində Çin, Pakistan və Mərkəzi Asiya dövlətlərindən malların Azərbaycan ərazisi üzərindən nəql edilməklə Türkiyə və Cənubi Avropa bazarlarına çatdırılması istiqamətində işlər görülməlidir. Azərbaycanın CAREC proqramını dəstəklədiyini vurğulayan S.Şərifov qeyd olunan nəqliyyat koridorunun inkişaf etdirilməsi işlərinə Azərbaycan dövləti tərəfindən təxminən 6 mlrd. ABŞ dolları məbləğində vəsaitin səfərbər etdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb: «Bu vəsait Xəzər dənizində ən iri ticarət limanının tikilməsinə, quru yük daşımaları üçün gəmilərin və dəmiryolu bərələrinin, neft məhsullarının daşınması üçün isə dəniz tankerlərinin alınmasına, Azərbaycanla Gürcüstanı birləşdirən magistral avtomobil yolunun 4 zolağadək genişləndirilərək yenidən qurulmasına, eyni zamanda dəmiryolunun yenidən tikilməsinə, habelə Bakı-Tiflis-Qars layihəsi çərçivəsində Gürcüstanla Türkiyəni birləşdirən yeni dəmiryolunun çəkilməsi üçün Gürcüstan hökumətinə güzəştli kreditin təmin olunmasına yönəldilməsi nəzərdə tutulub».
Azərbaycanın AİB-lə hazırkı əməkdaşlığını yüksək qiymətləndirən S.Şərifov bu əməkdaşlığın daha da gücləndiriləcəyini və gələcəkdə də bankla birgə layihələrə dəstək veriləcəyini qeyd edib: «Xüsusilə infrastrukturun inkişafı, elektrik enerjisinin paylanması, su təchizatı və kanalizasiya, yol təsərrüfatının inkişafı budan sonra da AİB ilə əməkdaşlığın əsas istiqamətlərini təşkil edəcək».
S.Şərifov həmçinin AİB-in Direktorlar Şurasının 2015-ci ildə keçiriləcək 48-ci illik toplantısına Azərbaycanın ev sahibliyi etmək niyyətini Direktorlar Şurasının üzvlərinin diqqətinə çatdırıb. Nazir ölkənin cari iqtisadi vəziyyətinin, siyasi sabitliyin, eyni zamanda Bakı şəhərində yaradılmış yüksək standartlara uyğun infrastrukturun bu cür əhəmiyyətli tədbiri keçirməyə imkan verdiyini vurğulayıb.
Müzakirələrin yekunu olaraq bir sıra qərarlar, o cümlədən bankın Asiya İnkişaf Fonduna donor ölkələr tərəfindən əlavə kapital ayrılması barədə qərar qəbul olunub. Bankın Direktorlar Şurası Azərbaycan tərəfinin müraciətinə baxaraq AİB-in Direktorlar Şurasının 2015-ci ildə keçiriləcək 48-ci illik toplantısına Bakı şəhərinin ev sahibliyi etməsinə dair yekdilliklə qərar qəbul edib.
Qeyd edək ki, AİB-in Direktorlar Şurasının növbəti - 46-cı illik toplantısı gələn ilin mayın 2-5-də Dehlidə (Hindistan) keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR