Bank Of Baku

«A-Group» sığorta şirkətinin daxilolmaları 7% azalıb

«A-Group» sığorta şirkətinin daxilolmaları 7% azalıb
# 07 may 2012 12:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «A-Group» sığorta şirkətinin bu ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 4,410 mln. manat təşkil edib ki, bu da ötən ilin birinci rübü üzrə göstəricisindən 7% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın sığorta hadisələri üzrə ödənişlərinin həcmi 3% azalaraq 1,114 mln. manat olub.

Qeyd edək ki, daxilolmalarda əmlak sığortası üzrə yığımların həcmi 201,363 min manat, avtomobil sığortası üzrə isə 148,487 min manat təşkil edib.

«A-Qroup» sığorta şirkəti 1995-ci ildə təsis edilib. Hazırda şirkət 14 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR