Bank Of Baku

«Rabitəbank»ın aktivləri son bir ildə 15% artıb

«Rabitəbank»ın aktivləri son bir ildə 15% artıb
# 07 may 2012 13:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC-nin aktivlərinin həcmi 2012-ci ilin aprel ayının 1-nə 141,157 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 15% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 9% artaraq 93,344 mln. manat, depozit portfeli 14% artaraq 79,962 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 15% artaraq 16,166 mln. manat, o cümlədən nizamnamə kapitalı 33,3% artaraq 13,471 mln. manata çatıb.

Bundan başqa, bu müddət ərzində bankın cəmi müştərilərinin sayı 20,4% artaraq 45 573-ə, o cümlədən fiziki şəxslərin sayı 21% artaraq 44 757-yə, hüquqi şəxslərin sayı isə 3,7% azalaraq 816-ya çatıb. Eyni zamanda bankın cəmi aktiv plastik kartlarının sayı 23% artaraq 9 053, o cümlədən debet kartlarının sayı 22% artaraq 6 551, kredit kartlarının sayı isə 26% artaraq 2 502 olub.

Təhlil aparılan dövr ərzində bankın işçilərinin sayı 8,6% artaraq 390 nəfər, orta aylıq əmək haqqı isə 16% azalaraq 557 manat təşkil edib.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR