Bank Of Baku

«Bank BTB» nizamnamə kapitalını artırır

«Bank BTB» nizamnamə kapitalını artırır
# 07 may 2012 15:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Bank BTB» ASC-nin adi adlı sənədli səhmlərinin emissiya prospektini dövlət qeydiyyata alıb.

Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 1 600 ədəd, emissiyanın ümumi həcmi isə 1,6 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Unicapital» MMC çıxış edəcək.

Yerləşdirilmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 13,3% artaraq 13,6 mln. manata çatacaq.

Qeyd edək ki, «Bank BTB» (Bakı Ticarət Bankı) 2010-cu ildə fəaliyyət başlayıb. Hazırda bankın nizamnamə kapitalı 12 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR