Bank Of Baku

«Zamin Bank»da yerləşdirilən əmanətlərin həcmi 43% artıb

«Zamin Bank»da yerləşdirilən əmanətlərin həcmi 43% artıb
# 08 may 2012 10:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Zamin Bank» ASC-nin kredit portfelinin həcmi 2012-ci ilin aprel ayının 1-nə 330,487 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 30% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın 12 ayadək verdiyi kreditlərin həcmi 15% azalaraq 35,312 mln. manat, 12 aydan artıq müddətə verilən kreditlər 55% artaraq 185,5 mln. manat, istehlak kreditləri 50% artaraq 70,128 mln. manat, vaxtı keçmiş kreditlər isə 30% artaraq 4,777 mln. manat olub.

Bu müddət ərzində bankın depozit portfeli 49% artaraq 82,078 mln. manat, o cümlədən müddətli depozitlər 40% artaraq 63,658 mln. manat, tələb olunanadək depozitlər 2 dəfə artaraq 18,420 mln. manat, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 43% artaraq 70,052 mln. manata çatıb.

Xatırladaq ki, «Zamin Bank» ASC 1992-ci ilin noyabrında yaradılıb. Bankın ölkə üzrə 38 filialı, həmçinin Rusiyada «Moskva» nümayəndəliyi, 37 bankomatı və 1 891 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR