Bank Of Baku

Asiya İnkişaf Bankının maliyyə missiyası Azərbaycana gələcək

Asiya İnkişaf Bankının maliyyə missiyası Azərbaycana gələcək
# 08 may 2012 11:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Mayın 11-də Asiya İnkişaf Bankının (AİB) maliyyə missiyası Azərbaycana səfər edəcək. Bu barədə «APA-Economics»ə AİB-in Azərbaycandakı daimi nümayəndəliyindən bildirilib.

Missiyaya AİB-in maliyyə sektorunun baş mütəxəssisi Yurqen Konrad (Jurgen Conrad) başçılıq edəcək. Mayın 16-dək davam edəcək səfər çərçivəsində missiya Azərbaycan Maliyyə və İqtisadi İnkişaf nazirliklərində görüşlər keçirəcək, bu sahədə mövcud əməkdaşlıq məsələləri və icra olunan layihələr müzakirə olunacaq: «Bu missiyanın səfəri, həmçinin AİB-in Azərbaycan üzrə əməkdaşlıq strategiyasının bir hissəsidir».

AİB-in daimi nümayəndəliyindən həmçinin bildirilib ki, artıq bu gün Azərbaycana bankın nəqliyyat missiyasının da səfəri başlayıb. Missiyaya bankın nəqliyyat üzrə baş mütəxəssisi Reddi Batula (Reddy Bathula) başçılıq edir. Mayın 16-dək davam edəcək səfər çərçivəsində bankın missiyası Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, «Azəryolservis» ASC və İqtisadi İnkişaf Nazirliyində görüşlər keçirəcək: «Nəqliyyat missiyası hazırda inşa olunan Masallı-Astara yolunun monitorinqini keçirəcək və bu sektorda yeni maliyyələşdirmə potensialını müzakirə edəcək».

Qeyd edək ki, bu gün həmçinin AİB-in özəl sektor üzrə missiyasının Azərbaycana səfəri başa çatır. İki gün davam edən səfər çərçivəsində missiya Azərbaycan Mərkəzi Bankı, potensial müştərilər və AİB-in artıq əməkdaşlıq etdiyi banklarda görüşlər keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR