Bank Of Baku

Azərbaycanda bank kassa dövriyyəsi 38% artıb

Azərbaycanda bank kassa dövriyyəsi 38% artıb
# 08 may 2012 12:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda bank sistemində kassa dövriyyəsinin mədaxil hissəsi 2012-ci ilin yanvar-fevral aylarında 4,460 mlrd. manat, məxaric hissəsi isə 4,204 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, kassa dövriyyəsinin mədaxil hissəsi 2011-ci ilin yanvar-fevralına nisbətən 38%, məxaric hissəsi isə 35,2% artıb.

Beləliklə, yanvar-fevralın yekununda bank kassa dövriyyəsində 256 mln. manat həcmində müsbət saldo yaranıb və dövr ərzində 334,6 mln. manat həcmində pul emissiyası həyata keçirilib. Bu göstərici 2011-ci ilin yanvar-fevralında olan göstəricisindən 3,1 dəfə çoxdur.

Bank kassa dövriyyəsinin mədaxilinin əsas hissəsi bankların hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmaların payına düşür. Belə ki, bu mənbədən bank kassalarına 2,740 mlrd. manat və ya ümumi mədaxilin 61,4%-i daxil olub. Digər iri mənbələrin sırasında 892,9 mln. manat həcmində və ya xüsusi çəkisi 20% olan hüquqi şəxslərdən daxilolmaları, 477,3 mln. manat həcmində və ya xüsusi çəkisi 10,7% olan fiziki şəxslərdən daxilolmaları qeyd etmək olar.

Bank kassa dövriyyəsinin məxaric hissəsində hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişlərin payına 1,556 mlrd. manat və ya 37%, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üzrə ödənişlərin payına 1,189 mlrd. manat və ya 28,3%, bankomatlara pul qoyuluşunun payına 1,258 mlrd. manat və ya 30% düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR